İmişlidə həmkəndlisini bıçaqlayaraq öldürməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılır


  • 17 Mart 2023 17:50

İmişlidə adam öldürməkdə təqsirləndirilən Xəyal Surxayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın xəbərinə görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Səfərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2022-ci il dekabrın 2-də İmişli rayonunda rayon sakini 1994-cü il təvəllüdlü İlkin Hüseynovun bıçaq xəsarətlərindən ölməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Aparılan araşdırmalarla 2000-ci il təvəllüdlü, rayon sakini X.Surxayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İ.Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. X.Surxayeva qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Eltac Nurullazadə

Oxşar xəbərlər