Məzmuna keç

Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Ombudsman seçilə bilər

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) namizədliyi məsələsi müzakirəyə çıxarılacaq.

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) namizədliyi məsələsi müzakirəyə çıxarılacaq.

E-huquq.az xəbər verir ki, bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən 3 xanımın namizədliyi irəli sürülüb. Onlar Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyevadır.

Məsələ MM-in komitə iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. MM-in plenar iclası isə noyabrın 25-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir.