Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən avtobus sürücüsünün məhkəməsi başlayır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mərdan Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Aygün Qurbanovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında baş verib. Belə ki, Binəqədi rayonu ərazisində 1971-ci il təvəllüdlü Mərdan Tağıyev idarə etdiyi marşrut avtobusu ilə piyada 1967-ci il təvəllüdlü Əlikubar Kubarovu vuraraq öldürüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə ittiham irəli sürülüb.

Eltac Nurullazadə