Məzmuna keç

“Sədərək”də mağazaya basqın edən şəxs hakim qarşısına çıxarılır

“Sədərək” ticarət mərkəzində mağazaya basqın etməkdə ittiham olunan Elnur Əmənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılmaıs üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyilş

Qeyd edək ki, hadisə ötən il noyabrın 13-də baş verib. E.Əmənov Ş.Ağayevin sahib olduğu mağazaya gələrək, onun başına dəmir alətlə vurub. Daha sonra mağazadan 30 min manat pulu götürərək hadisə yerindən qaçıb. E.Əmənova qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Eltac Nurullazadə