"Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası "Tivi Media" MMC-ni məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, "Tivi Media" haqqında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrə dair tələb irəli sürülüb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
