Ağcabədidə qardaşını bıçaqlamaqda təqsirləndirilən Ziyad İbişovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cibayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Cavid Səfərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırkəq iclasının vaxtı hələlik məlum deyilş
Qeyd edək ki, sərxoş vəziyyətdə olan 1968-ci il təvəllüdlü Ziyad İbişov qardaşı – 1961 təvəllüdlü Muradxan İbişova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı xəstəxanaya çatdırılıb. Z.İbişov polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Eltac Nurullazadə
