Adam bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkum hakim qarşısına çıxarılır


  • 30 Mart 2023 10:22

Gəncədə adam bıçaqlamaqda təqsirləndirilən Çingiz Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatıan görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 25-də baş verib. Belə ki, Gəncə şəhər sakini Maksim Qəhrəmanovun döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə xəstəxanaya gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Vəliyev şübhəli şəxs qismində saxlanılaraq şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə

Oxşar xəbərlər