- 29 May 15:00
Şəhid Ailələri,Əlillər Və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, Bakı İnzibati Məhkəməsinə müraciət edən Birlik torpaq münasibətləri üzrə tələb irəli sürüb.
İddia hakim Aygün Abdullayevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə