Məzmuna keç

Hacıqabulda mal-qara oğurlayan dəstə üzvlərinin məhkəməsi başlayır

Hacıqabulda oğurluq etməkdə təqsirləndirilən Rəşad Məmmədov, Fuad Bayramov və Orxan Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.

Hakim Zaur Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakinləri R.Məmmədov, F.Bayramov və O. Həsənov Hacıqabul rayonu ərazisində yerləşən iki fərdi təsərrüfatdan ümumilikdə 9 baş xırdabuynuzlu heyvan oğurlamaqda təqsirləndirilirlər. Dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf edərək, oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanları satdıqlarını və əldə etdikləri pulları öz aralarında böldüklərini bildiriblər. Dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə