İsmayıl Xəlilov məhkəmə proseslərinin elan olunan vaxtda başlamaması barədə iradlara münasibət bildirdi


  • 4 Aprel 2023 16:02

""Elektron məhkəmə" informasiya sisteminin tətbiqinə başlanılanadək məhkəmələrdə bu və ya digər səbəblərdən məhkəmə iclaslarının müəyyən olunmuş vaxtda başlamaması halları olurdu. Hətta belə səbəblər sırasında məhz vəkillərin özlərinin məhkəməyə gecikmələri də yer alırdı. Belə olan halda cinayət işi üzrə məhkəməyə gəlmiş proses iştirakçlarının mövqeyi nəzərə alınmaqla gecikmiş iştirakçı gəldiyi halda məhkəmə iclası keçirilirdi ki, nəticədə də digər cinayət işləri üzrə məhkəmə iclaslarında gecikmələr baş verirdi".

Bunu e-huquq.az-a müsahibəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov məhkəmə iclaslarının vaxtında başlamaması barədə fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda məhkəmə iclasları audioyazı aparılmaqla həyata keçirildiyindən belə hallara rast gəlinmir.

"Proses iştirakçısı məhkəməyə gəlmədiyi, yaxud gecikdiyi hallarda məhkəmə iclası təxirə alınmaqla başqa vaxta keçirilir və beləliklə digər cinayət işləri üzrə məhkəmə iclaslarının başlanma vaxtında problemlər yaranmır", - deyə İ.Xəlilov bildirib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər