Məzmuna keç

Rəşad Dağlının məhkəməsi başlayır

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilir.

Eltac Nurullazadə