Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlkin Seyidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materiaları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vaqif Həsənovun icrratına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məılum deyil.

Qeyd edək ki, hadisə ötən il noyabrın 17-də baş verib. Belə ki, Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yolu keçən Gülayə Cavadi müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb. DİN Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini İlkin Seyidov saxlanılıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Eltac Nurullazadə