Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Firdovsi Yusibovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
İş hakim hakim Asif Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 18-nə təyin olunub.
Qeyd edək ki, 2022-ci il oktyabrın 4-də Gəncə şəhərində şəhər sakini Firdovsi Yusibov idarə etdiyi VAZ 2107 markalı avtomobillə piyada, Samux rayon sakini, 1943-cü il təvəllüdlü Fərrux Mustafayevi vurub. Yaralının vəziyyəti ağır olduğundan Bakı şəhər Respublika Klinik Xəstəxanasına yerləşdirib. Oktyabrın 12-də piyada yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. F.Yusibova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Eltac Nurullazadə
