Məzmuna keç

Şirkət dövlət idarəsini məhkəməyə verdi

Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, “Autouniversal” MMC Bakı İnzibati Məhkəməsinə müraciət edərək idarəyə qarşı vergi məsələləri üzrə tələb irəli sürüb.

İddia hakim Aysev Almazovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə