"Viamin Ltd", "Brening Llc" və "Komp Trekt" şirkətləri Azərbaycan Respublikasının Mərkəzi Bankını məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, banka qarşı irəli sürülən tələbin mahiyyəti açıqlanmayıb.
İddia Bakı İnzibati Məhkəməsində hakim Nəriman Abıyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
