Məzmuna keç

Bakıda avtomobildən 15 min manat oğurlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda avtomobillərdən oğurluq etməkdə təqsirləndirilən Rəxşan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Hakim Rəfail Sadıxovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər də analoji cinayətlərə görə məhkum olun R.Məmmədov “Toyota” markalı bir avtomobildən 15 min manat məbləğində pul oğurlamaq, digər eyni markalı avtomobildən isə oğurluğa cəhd otməkdə ittiham olunur.

Eltac Nurullazadə