- 5 İyun 17:53
Cari ilin 3 ayı ərzində Nərimanov Rayon Məhkəməsinin icraatına ümumi 966 iş daxil olub.
E-huquq.az-ın məlumatına görə, bu barədə məhkəmənin icmalında qeyd olunub.
Daxil olan işlərdən 24-ü cinayət işi, 2-si xüsusi ittiham qaydasında baxılan, 1-i məhkəməyədək sadələşdirilmiş icraat materialıdır.
Məhkəməyə 3 ay ərzində 292 mülki iş daxil olub, onlardan 84 iş sadələşdirilmiş icraat qaydasında, 15-i xüsusi icraat qaydasında, 1-i əmr icraatı qaydasında və 192 iş iddia icraatı qaydasında verilib.
İnzibati xətalar üzrə 243 iş daxil olub. 137 prosessual məcburiyyət tədbirinin tətbiqi barədə və 157 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə təqdimat daxil olub.
Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və qərarlarından məhkəməyə verilmiş şikayətlər kateqoriyası üzrə ay ərzində 12 iş daxil olub. 34 iş hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası kateqoriyası üzrə olub. Məhkəmə qətnamələrinin (qərarlarının) icrası üzrə 41 yeni iş daxil olmuşdur. Cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə 1 iş məhkəmənin icraatına daxil olmuşdur. Müvəqqəti təminat tədbirləri (MTT) üzrə 24 iş olmuşdur. Nərimanov Rayon Məhkəməsində 3 ay ərzində 97 cinayət işinə baxılaraq ittihamedici hökm çıxarılıb. 19 cinayət işi üzrə icraata xitam verilmişdir və 2 cinayət işi üzrə bəraətverici hökm verilib.
2023-ci ilin yanvar-mart ayları ərzində 662 mülki işə mahiyyəti üzrə baxılmış və qətnamə çıxarılıb. Onlardan 612 iş üzrə iddia tələbi təmin edilib, 36 iş üzrə iddia tələbi qismən təmin edilib və 14 iş üzrə iddia tələbi rədd edilib.