Məzmuna keç

Məhkəmə qadına qarşı soyğunçuluq edən şəxslə bağlı qərar verəcək

Xırdalanda qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

İş hakim Şövkət Nəcəfovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qey edək ki, Xırdalan şəhər sakini Ş.Qasımov Xırdalan şəhəri Quşçuluq yaşayış sahəsində bir qadının 580 manat pulunu soyğunçuluq yolu ilə talamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Eltac Nurullazadə