Məzmuna keç

Bakıda marketlərdən oğurluq edən şəxslərin məhkəməsi başlayır

Bakıda marketlərdən silsilə oğurluq etməkdə təqsirləndirilən Alıbəy Abdurəhimov və Ədhəm Al-Ubeydinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, A.Abdurəhimov və Ə.Al-Ubeydi Nizami rayonu Keşlə qəsəbəsində yerləşən marketlərdən silsilə oğurluq etməkdə təqsirləndirilir. Onlar obyektlərə daxil olaraq orada olan kassa aparatı, pul, tütün məmulatları və saxlanc yerindən bir ədəd dəyəri 900 manat olan fotoaparat oğurlayıblar. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Eltac Nurullazadə