"Facade" MMC "İdea Yapı" MMC-ni məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, şirkət Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək "İdea Yapı" MMC-yə qarşı podrat müqaviləsi üzrə tələb irəli sürüb.
İddia hakim Zülfüqar Sadiqovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
