ÜNS Yaradıcılıq Səhnəsinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, ÜNS Yaradıcılıq Səhnəsi barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Ülviyyə Şükürovanın icraatına verilib.
Protokol təsdiq olunsa, ÜNS Yaradıcılıq Səhnəsi üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
