Rusiyanın Konstitusiya Məhkəməsi məhkəmə qərarı olmadan vəkillərin dindirilməsini qadağan edib.
E-huquq.az Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, qəbul edilən qərarda göstərilir ki, dindirilmə vəkilin peşə sirrinə real təhlükə yaradır.
Qərara əsasən, göstərilən səbəbə görə, məhkəmə qərarının olması mütləqdir.
