Məzmuna keç

“PepsiCo Azərbaycan” cərimələnə bilər

"PepsiCo Azərbaycan" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Solmaz Mustafayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət min beş yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə