"Laser Beauty Estetik Klinikası" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, klinika barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Xalidə Əlisoyun icraatına verilib.
Protokol təsdiq olunsa, "Laser Beauty Estetik Klinikası" iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
