İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəmədə iddia qaldırılıb.
E-huquq.az xəbər verir ki, “Caspian Sea İnternational Company” MMC idarəyə qarşı vergi məsələləri ilə bağlı iddia qaldırıb.
İddia Bakı İnzibati Məhkəməsində hakim Bəhlul Cəlalovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
