Məzmuna keç

Masallıda arvadını öldürməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılır

Masallıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Gülağa Bəndəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Masallı rayon prokurorluğunun məlumatına görə, 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyev aralarında yaranmış mübahisə zamanı rayonun Təzə Alvadı kəndi ərazisində bıçaqla Sədaqət Səfərovaya xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra isə özünə xəsarətlər yetirərək intihara cəhd edib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə