Məzmuna keç

“Qarabağ Klinik” cərimələnə bilər

“Qarabağ Klinik” MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Bərdə Rayon Məhkəməsində hakim Fuad Babaşovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa klinika üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə