Məzmuna keç

Piyadanın ölümündə ittiham olunan sürücü hakim qarşısına çıxarılır

Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Murad Yusibovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılıaraq Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

Hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Murad Yusibov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçən piyada, 1969-cu il təvəllüdlü Mətanət Əzizovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Murad Yusibova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə