Məzmuna keç

Külli miqdarda narkotiklə tutulan şəxsin məhkəməsi başlayır

Samux rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şərif Ərəbovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin hazırlq iclasının vaxtı hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayonun Qədili kənd sakini Şərif Ərəbov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşması da məlum olub. Ş.Ərəbova qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə