Məzmuna keç

Naxçıvanda piyadanı avtomobillə vurub öldürməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Sadiq Hüseynovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş materialları Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinə göndərilib.

Hakim Abil Orucəliyevin sədrliyi ilə keçiriləcək məhkəməsin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Şahbuz rayon Kiçikoba kəndində qeydə alınıb. Belə ki, Şahbuz rayon Külüs kənd sakini Sadiq Hüseynovu idarə etdiyi avtomobillə işə gedən 48 yaşlı Nəcəfova Mərcan Bağır qızını və onun oğlu 20 yaşlı Nəcəfov Anar Qəmbər oğlunu vurub. Qəza nəticəsində M.Nəcəfova ölüb. S.Hüseynova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə