Bakıda park ərazisindən oğurluq etməkdə təqsirləndirilən Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Cəlilabad Rayon Məhkəməsinə göndərilib.
Hakim Elxan Əmirəliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəllər məhkum olunmuşlar Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən Həsənov gecə saatlarında adıçəkilən rayon ərazisində parkda yeləşən 14 ədəd dəmir tumba oğurlayıblar. Onlar tumbaların bir qismini əlvan metal qəbulu məntəqələrində satıblar. Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
