"AL Market" 6 min manatadək cərimələnə bilər


  • 27 İyul 2023 13:56

"AL Market" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, mağazalar şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Qeyd edək ki, İXM-nin 447.0.1-ci maddəsinə görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər