Goranboyda evdən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Namiq Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Goranboy Rayon Məhkəməsinə göndərilib.
Hakim Taleh Mustafayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Rüstəmov Xanqərvənd kəndindəki evlərin birindən 17.000 dollar, 550 avro pul və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. O, daha sonra həmin evi yandırıb. Namiq Rüstəmova qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
