Məzmuna keç

Qubad İbadoğlunun apellyasiya şikayəti təmin edilmədi

İyulun 23-də həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun apellyasiya şikayəti təmin edilməyib.

E-huquq.az xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində qəbul edilib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.