Məzmuna keç

Piyadanı maşınla vuraraq qaçan sürücü hakim qarşısına çıxarılır

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Zaur Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fəhmin Hümbətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 24-də keçiriləcək.

Qeyd edək ki, Zaur Şirinov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 2006-cı il təvəllüdlü Ceyhun Cavadovu vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Şirinov Zaur Ələsgər oğlu saxlanaraq istintaqa təhvil verilib.

Şəbnəm Mehdizadə