Məzmuna keç

Naxçıvanda oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Naxçıvanda oğurluq etməkdə təqsirləndirilən Cabir İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Hakim Qabil Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 9-na təyin olunub.

Qey edək ki, Cabir Nağdəli oğlu İsayev su kanallarının üzərinə qoyulmuş ümumilikdə 37 ədəd çuqun dəmir barmaqlıqları oğurlamaqda təqsirləndirilir.

Şəbnəm Mehdizadə