Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Hikmət Şahverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Solmaz Mustafayevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 10-na təyin olunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Laçın rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Hikmət Şahverdiyev bir qadının avtomobilində 2 azyaşlı nəvəsinin 2 ədəd telefon və 2 ədəd planşetlərini soyğunçuluq yolu ilə talayıb. Ona qarşı Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
