Məzmuna keç

Bakıda gözəllik salonunda arvadını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatdı

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsrafil Yusifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü İsrafil Yusifov Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı 1986-cı il təvəllüdlü Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilir. Hadisədən sonra İsrafil Yusifov könüllü olaraq istintaqa təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə