Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən Əsgər Eyvazovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Pirallahı Rayon Məhkəməsinə göndərilib.
Hakim Zaur Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ə.Eyvazov Pirallahı qəsəbəsindəki bir evdən 1000 manat pul, digər evdən isə televizor və həyətindən dəmir qapı oğurlayıb.
Şəbnəm Mehdizadə
