"Bağçalı Evlər" Mənzil Tikinti Kooperativinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, MTK barədə İnzibati Xətalar Məcəlləsinin 247.2-ci (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İş hakim Cəmilə Səfiyevanın icraatına verilib.
Qeyd edək ki, İXM-nin 247.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Şəbnəm Mehdizadə
