"Mingəçevir Nərgiz Klinikası" MMC barədə inzibati protokol tərtib olunub.
E-huquq.az-ın məlumatına görə, klinika barədə Dövlət Gömrek Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsin) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Mingəçevir Şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Mingəçevir Nərgiz Klinikası" min beş yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
