Məzmuna keç

Narkotik satmaqda ittiham olunan qadının məhkəməsi başlayır

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Xalidə Bayramovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı Xalidə Bayramova narkotiklərin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Axtarış zamanı onun üzərindən heroin aşkar edilib. O, narkotik vasitələri sosial şəbəkələrdə tanımadığı İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Şəbnəm Mehdizadə