Məzmuna keç

“Medaura Klinikası” cərimə oluna bilər

"Medaura Klinikası" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, klinika altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə