Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Murad Allahverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Mərdəkan qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Allahverdiyev Murad Laçın oğlu idarə etdiyi “Pejo 407” markalı avtomaşınla hərəkətdə olarkən Paşayev Əli Bəhruz oğlunun idarə etdiyi mopedlə toqquşub. Mopedin sürücüsü aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, orada ölüb. Murad Allahverdiyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
