Məzmuna keç

Anasını amansızlıqla öldürməkdə ittiham olunan şəxsin ibtidai istintaqı başa çatdı

Abşeron rayonu Xırdalan şəhərində anasını qətlə yetirməkdə təqsirləndirilən Orxan Hüseynzadənin cinayət uşi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Aynur Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq uclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Xırdalan şəhərində evlərin birində 1974- cü il təvəllüdlü Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə