Məzmuna keç

“Azərsu” məhkəməyə verildi

"Zəmanət" şirkəti "Azərsu" ASC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, şirkət "Azərsu"ya qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə tələb irəli sürüb.

İşə Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə