Məzmuna keç

“Embawood” cərimələnə bilər

Dövlət Gömrük Komitəsi "Embawood" şirkətinə cərimə protokolu yazıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsnin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Səfərovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunsa, "Embawood" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə