Goranboyda qəbiristanlıqda silahlı insident törətməkdə ittiham olunan Qədir Şirinzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.
İş hakim Taleh Mustafayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 16-da keçiriləcək.
Qeyd edək ki, hadisə rayonun Rəhimli kənd qəbiristanlığında baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşının vaxtında düzəlmədiyini əsas gətirərək qəbirstanlığa gəlib, orada 2 dəfə havaya 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb. Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
