Məzmuna keç

Bakı Apellyasiya Məhkəməsində dövlət qulluğuna qəbul edilmiş hüquqşünaslarla görüş keçirildi –

Bakı Apellyasiya Məhkəməsində dövlət qulluğuna qəbul edilmiş gənc hüquqşünaslarla görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüş zamanı hər bir dövlət qulluqçusu məhkəmənin sədri Mübariz Əkbərov tərəfindən fərdi qaydada dinlənilib, onlarla səmimi və faydalı fikir mübadiləsi aparılıb.

Məhkəmənin sədri gənc hüquqşünasların əmək fəaliyyətinə məhz Bakı Apellyasiya Məhkəməsində başlamalarının xüsusi önəmini qeyd edib.

Gənc hüquqşünaslar məhkəmədə yaradılmış lazımi iş şəraitinə görə ölkə başçısına təşəkkür edərək, onlara göstərilən etimadı səylə doğrultmağa çalışacaqlarını bildiriblər.

Görüşün sonunda sədr yeni işçilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.