Məzmuna keç

“Santral Elektrik” barəsində cərimə protokolu tərtib olundu

"Santral Elektrik" QSC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2 (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, şirkət min beş yüz manat məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə